“Xəzər Lənkəran” bu gündən məşqlərə başlayır

XƏBƏR 8 Sentyabr 2009 / 12:12 1682
-  A +

Ötən həftənin cümə günü Sumqayıtda “Standard”a qarşı keçirilmiş yoxlama matçının (2:1) ertəsi məşqə çıxdıqdan sonra iki günlük istirahətə buraxılan “Xəzər Lənkəran” bu gündən etibarən Lənkəranda məşqləri bərpa edəcək. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, komanda bu gün saat 18.00-da “Xəzər Lənkəran” mərkəzi stadionunun ehtiyat meydançasında ilk məşqinə çıxacaq. Çərşənbə və cümə axşamı “Xəzər Lənkəran”lı futbolçular həm səhər (saat 10.30), həm də axşam (saat 18.00-da) məşqinə çıxacaqlar.
Qeyd edək ki, sentyabrın 10-dək məşqçilər üç futbolçu olmadan məşqləri davam etdirəcəklər - Kamran Ağayevlə Rahid Əmirquliyev Azərbaycan, Denis Kalinkov isə Moldova millisinin düşərgəsindədirlər. Çexiyalı mərkəz müdafiəçisi Tomas İneman isə artıq bu gün komandayla birgə məşqlərə çıxacaq. 


Son xəbərlər