“Millinin oyunlarına görə çempionatda yaranmış fasilə hazırlığımıza mənfi təsir göstərir”

“Millinin oyunlarına görə çempionatda yaranmış fasilə hazırlığımıza mənfi təsir göstərir”
XƏBƏR 8 Sentyabr 2009 / 11:51 1852
-  A +

“Fasilə zamanı əvvəlcə futbolçulara üç günlük istirahət verildi. Sonra klubun bazasındakı meydançada məşqləri bərpa etdik. Ümumiyyətlə, millinin oyunlarına görə çempionatda yaranmış fasilə komandanın hazırlığına mənfi təsir göstərir. Çünki beş futbolçumuzun əsas və gənclərdən ibarət milli komandaların, üstəlik, iki oyunçumuzun Estoniya yığmasının heyətinə cəlb olunması məşq prosesini müəyyən mənada pozur. Yəni, həmin yeddi futbolçunun, həmçinin, zədəlilərin olması, tam heyətlə məşq etməyə imkan vermir. Bununla belə, futbolçuların oyun praktikasını itirməmələri üçün “Bakı” ilə görüşün əhəmiyyəti böyük idi. Bu qarşılaşma həm “Neftçi”nin əsas heyətində az yer alan oyunçuları, həm də bəzi gənc futbolçuları sınamağa şərait yaratdı”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Ağayev klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib.
B.Ağayev zədəli Joze Karlosun “Muğan”la oyundan öncə böyük itki olduğunu da söyləyib: “Karlosun zədələnməsi heç yerinə düşmədi. Braziliyalı futbolçu ideal formada idi. Onun əvvəlcə “Turan”la oyunun ilk yarısında zədələnməsi işləri korladı. Məcbur olub, fasilədə onu dəyişdim ki, bu da ikinci hissədə hücumlarımızın kəsərinin azalmasına səbəb oldu. Karlos qısa zaman ərzində sağalsa da, məşqdə yenidən zədələndi. Bununla belə, heyətdə onu əvəz edə biləcək futbolçularımız var. Rəqibimizə gəlincə, “Muğan” zəif komanda deyil. Elə ilk iki turda göstərdiyi oyun buna sübutdur. Təsadüfi deyil ki, Salyan klubu ikinci pillədə qərarlaşıb. Rəqibin heyətində istedadlı və döyüşkən futbolçular var. Buna baxmayaraq, “Muğan”la oyunda qələbə seriyasını davam etdirməyə çalışacağıq”. 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı