«Berti Foqts 21-ci əsrin Şeyx Nəsrullahıdır, "ölmüş" futbolumuzu "diriltməyə" gəlib»

«Berti Foqts 21-ci əsrin Şeyx Nəsrullahıdır, "ölmüş" futbolumuzu "diriltməyə" gəlib»
ÖLKƏ FUTBOLU 8 Sentyabr 2009 / 11:35 2470
-  A +

«Azad Azərbaycan» telekanalı Azərbaycan milli komandasının Lənkəranda Finlandiyaya 1:2 hesablı məğlubiyyətinə görə alman baş məşqçi Berti Foqtsu kəskin tənqid edib. Qol.Az-ın məlumatına görə, kanalın idman şərhçisi İlkin Fikrətoğlunun hazırladığı və dünən axşam efirə gedən süjetdə Azərbaycan millisinin DÇ-2010-nun seçmə mərhələsindəki yeddinci oyunda altıncı məğlubiyyətini aldığı qeyd edilib. «Qoy, AFFA rəsmiləri bu nəticəyə baxıb zövq alsın. Bizə Azərbaycan millisinin inkişaf etdiyini, komandamızın 5-6 ildən sonra dünya çempionatında oynayacağı barədə nağıllar danışan Berti Foqtsu daha yaxşı bəsləsin. Ona hər ay 95 min yox, 195 min avro məvacib versin. Axı, Foqts Şeyx Nəsrullahdır. 21-ci əsrin Şeyx Nəsrullahı. "Ölmüş" futbolumuzu "diriltməyə" gəlib» - deyə şərhdə qeyd olunub.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı