Həmin Foqts, və ya Baron Münhauzenin Bakıdakı sərgüzəştləri

Həmin Foqts, və ya Baron Münhauzenin Bakıdakı sərgüzəştləri
ÖLKƏ FUTBOLU 8 Sentyabr 2009 / 10:32 3057
-  A +

Foqtsun hərtərəfli istedadına hətta məşhur rus rejissoru Mark Zaxarov və mərhum Oleq Yankovskiy də həsəd apara bilərdi. Baron Münhauzen demişkən: “Dünyada bütün səfehliklər, ağıllı simayla görülür”.
2004-cü ildən etibarən Azərbaycan futbolunun dahi  kombunatorları futbolumuzun rejissorasını ələ aldı. Ölkə futbolunun əvəzolunmaz menecerləri, futzal üzrə məsləhətçiləri  dövlət vəsaitinin sərfindən başqa, heç bir sahədə uğur qazana bilmədilər. 
İkinci hissədə hadisələr qıssametrajlı süjeti gürcüsayağı dəst- xəttlə getdi. Çünki bütün bu məsələlərin baş ideoloqu və boz kardinalı Gürcüstanda “vacib tapşırıq”lar yerinə yetirir. Bu yaxınlarda, futbol ictimaiyyətinə sevindirici bir xəbər yayıldı. “Dahi kombinator” yay ezamiyyətini ABŞ-da başa vuraraq, yeni Hollivud ideyaları ilə geri dönüb. Bakıya dəvət olunmazdan öncə Foqts, alman kinomatoqrafında bir neçə kiçik həcmli rollarda çəkilmişdir. Onun kiçik pişik balası ilə olan epizodik rolu yaddaşlardan uzun müddət silinməyəcək. Çünki o istedad və bacarığını bu rolda nümayiş etdirmişdi. Hətta dahi Lui De Fenes də bu rolda belə məharətlə oynaya bilməzdi. Elə ilk müsahibəsində Foqts, həmkarları Lippert və Gedenin timsalında söz verdilər ki Azərbaycan futbolunu və federasiyasını Baron Münhauzen özü və atını tək əllə xilas etdiyi kimi, futbolumuza  çarə qılıb, mövcud bataqlıqdan qurtaracaq. O çimərlik futbolçuları və böyük futboldakıları birləşdirərək bir vahid yaratdı. Ona qədər bu heç kimin ağlına gəlməmişdir. İki milyon avro, üstəgəl... müqabilində o milliyə 1 xal qazandırdı. Premyer Liqanın üçüncü turu təxirə salındı. Sonradan hamı bir ağızdan deyəcək ki, futbolçular oyun praktikasının azlığından əziyyət çəkir.
“Gülümsəyin cənablar, gülümsəyin”
Sizin hamınızı böyük foksçu ilə böyük  “uğurlar” gözləyir. Foqts getdi, sirk qaldı. Anşlaq gözləyin.

Nail Əliyev
“Molla Nəsrəddin”in yerlisi və  idealarının davamçısı

Daha çox


Son xəbərlər