Berti Foqts millimizin futbolçularını ələ saldı

Berti Foqts millimizin futbolçularını ələ saldı
ÖLKƏ FUTBOLU 7 Sentyabr 2009 / 19:52 2559
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniya ilə oyun ərəfəsində millimizin üzvləri ilə yersiz zarafat etmək fikrinə düşüb. Qol.Az-ın məlumatına görə, Foqts Almaniya mətbuatına müsahibəsində millinin üzvlərinin görüşdən bir gün əvvəl hazırlıqla yox, istirahətlə məşğul olacağını bildirib: “Hazırda Almaniya ilə çətin oyuna hazırlaşırıq. Çalışacağıq ki, onları narahat edə bilək. Bunu nə dərəcədə bacaracağımızı isə bilmirəm. Belə qarşılaşma ərəfəsində oyunçularımızı yükləmək istəmirəm. Əksinə onlara istirahət verəcəyəm. Gənc komandamız var. Onların çoxu həyatında ilk dəfə Almaniyaya gəlib. Oyundan bir gün əvvəl onlara imkan yaradacağam ki, şəhəri gəzsinlər, bura ilə tanış olsunlar. Həm də bazarlıq etsinlər. Axı bunu Almaniya - Azərbaycan oyunundan daha çox gözləyirlər (gülür)”.
Foqts həmçinin bildirib ki, Azərbaycan millisi ilə indiki müqaviləsi ilin sonunda bitir: «Lakin onun uzadılması ilə bağlı danışıq olmadığı üçün mən başqa təklifləri götür-qoy edə bilərəm”.

 

Mənbə: extratime.az

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı