Almaniya - Azərbaycan oyununa böyük diqqət

Almaniya - Azərbaycan oyununa böyük diqqət
ÖLKƏ FUTBOLU 7 Sentyabr 2009 / 17:05 2166
-  A +

Sentyabrın 9-da dünya çempionatının seçmə qrup mərhələsinin növbəti oyunu çərçivəsində Hannoverdə keçiriləcək Almaniya - Azərbaycan matçına artıq 18 min 400 bilet satılıb. Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu, dünənə olan informasiyadır. Almaniyalı həmkarlarımız "AWD Arena"da keçiriləcək qarşılaşmaya yerli azarkeşlərin böyük diqqət göstərdiyini yazıb. Onlar biletlərin satışının hələ də davam etdiyini bildiriblər. Nəzərinizə çatdıraq ki, Avropada azarkeşlər oyun biletlərini adətən qarşılaşmaya 1-2 gün qalmış əldə edirlər. Bu mənada, matç gününə kimi daha çox biletin satılacağını proqnozlaşdırmaq olar.
Qeyd edək ki, Almaniya-Azərbaycan matçının oynanılacağı “AWD Arena” stadionu Almaniyanın ən müasir stadionlarından hesab olunur və tutumu 49 min nəfərdir.  

 

Daha çox


Son xəbərlər