Mario Qomes millimizlə oyunu buraxacaq

Mario Qomes millimizlə oyunu buraxacaq
XƏBƏR 7 Sentyabr 2009 / 15:32 1852
-  A +

Almaniya millisinin və “Bavariya”nın hücumçusu Mario Qomes sentyabrın 9-da dünya çempionatının seçmə qrup oyunu çərçivəsində Hannoverdə millimizə qarşı keçiriləcək qarşılaşmanı buraxacaq. Qol.Az-ın məlumatına görə, bu xəbəri Almaniya mətbuatı yayıb. Almaniyalı həmkarlarımızın fikrincə, millinin son məşqində zədələnən hücumçu hələ də ağrılardan şikayət edir. Düzdür, Qomes iynə altında bir hissə meydançada ola bilər. Amma alman həkimlər bunu yolverilməz sayırlar.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın