Yoaxim Löv: “Rusiyadan əvvəl Azərbaycanla oyun var”

Yoaxim Löv: “Rusiyadan əvvəl Azərbaycanla oyun var”
XƏBƏR 7 Sentyabr 2009 / 14:50 1781
-  A +

Çərşənbə günü dünya çempionatının seçmə qrup oyunu çərçivəsində Hannoverdə millimizi qəbul edəcək Almaniya milli komandasının baş məşqçisi Yoaxim Löv yerli KİV nümayəndələri ilə görüşündə komandamızla oyunda arxayınlaşmağın qəti yolverilməz olduğunu deyib. Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı məlumata görə, Bundestimin baş məşqçisi millimizə yuxarıdan aşağı baxılmasının qəti əleyhinədir: “Jurnalitslər Azərbaycanla qarşılaşmanın çox asan keçəcəyini və problemsiz üç xal götürəcəyimizi düşünürlər. Hər kəs daha çox oktyabrda Moskvada Rusiya ilə keçirəcəyimiz qarşılaşmadanı müzakirə edir, o matç haqqında yazır. Bu işə peşəkar yanaşma deyil. Peşəkar komanda və peşəkar futbolçu bütün oyunlara ciddi yanaşmalıdır. Rusiyadan əvvəl Azərbaycanın oyunun olduğunu unutmayın. Öncə azərbaycanlılarla qarşılaşmanı fikirləşməliyik. Bundan sonra Rusiya haqda düşünmək olar”.

 


 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı