Rusiya mətbuatı: “Cənab Foqts, sözünə əməl etsən, əla olar”

Rusiya mətbuatı: “Cənab Foqts, sözünə əməl etsən, əla olar”
XƏBƏR 7 Sentyabr 2009 / 13:20 2184
-  A +

Şənbə günü Avropa çempionatının seçmə qrup oyunu çərçivəsində Lənkəranda keçirilən Azərbaycan-Finlandiya matçı Rusiya KİV-nin də diqqət mərkəzində olub. Matçın videoyazısını yayınlayan "Sport" telekanalı komandamızın yaxşı oynadığını deməklə bərabər, millimizin qol vurmaqda çətinlik çəkdiyini də vurğulayıb. Qol.Az-ın məlumatına görə, Rusiya mətbuatının diqqətini daha çox cəlb edən isə Berti Foqtsun oyunsonrası mətbuat konfransında Almaniyanı səfərdə məğlub edəcəyimizə dair verdiyi açıqlama olub. Hiss olunur ki, millimizin baş məşqçisinin sözləri rusları əməlli başlı ümidləndirib. “Sovetski Sport” və “Sport Ekspress” qəzetləri hətta Foqtsun bu fikirlərini başlığa çıxardıblar. “Sport sevodnya” nəşri isə “Foqtsa inanmaq olarmı?” sualını irəli sürüb: “Foqts Finlandiya ilə oyundan sonra “Almaniya ilə oyunda ilk qələbəmizi qazanacağıq” fkrini səsləndirib. Əlbəttə, azərbaycanlıların alman baş məşqçisinin bu fikirləri isti başla söylədiyini düşünmək olar. Amma niyə də olmasın? Həyatda möcüzəyə bənzər hadisələr baş verir. Qoy, bunun biri də Hannoverdə olsun və biz dünya çempionatına əziyyətsiz yollanaq. Foqtsa inanmaq olar? Bu suala cavab vermək çətindir. Amma gəlin inanmağa çalışaq. İnanaq ki, Foqts verdiyi sözü yerinə yetirəcək. Yəqin ki, indi sıravi Rusiya futbol azarkeşinin beynindən belə bir şüar keçir: "Cənab Foqts, sözünə əməl etsən əla olar”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı