Branimir Subaşiç: “O cür dəstəyin qarşısında uduzmaq günah idi”

Branimir Subaşiç: “O cür dəstəyin qarşısında uduzmaq günah idi”
ÖLKƏ FUTBOLU 7 Sentyabr 2009 / 12:53 2285
-  A +

“Finlandiyayla oyunu izləyə bilmədim. Təəssüf ki, burada heç bir kanal vasitəsiylə qarşılaşma canlı yayımlanmırdı. Amma oyunun nəticəsi haqda internet vasitəsiylə ətraflı məlumat toplaya bildim”. Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri milli komandamızın sabiq hücumçusu, Çinin “Çançun Yatay” klubunda çıxış edən Branimir Subaşiç deyib. “Banya” bildirib ki, finləri Lənkəranda asanlıqla udmaq olardı: “Təəssüf ki, Azərbaycan millisi qələbə hesabını qoruya bilməyərək, məğlub oldu. Yeddinci oyunda nəhayət ki, qolsuzluğa son qoymaq yaxşıdır. Amma bu cür şəraitdə uduzmaq... Şəxsi fikrimi deyirəm, Finlandiya millisini Lənkəranda asanlıqla udmaq olardı. Komandanın düşərgəsində olmadığımdan dəqiq deyə bilmərəm ki, məğlubiyyətin əsas günahkarı kimdir. Lənkəranda bir neçə dəfə oynamışam. Orada həqiqətən də möhtəşəm futbol ab-havası olur. O cür azarkeşin, dəstəyin qarşısında uduzmaq günha idi. Artıq 3 oyun qalıb. Azərbaycan millisi bu oyunlardan yalnız birində qələbə qazana bilər. Rusiyayla Almaniya üzərində qələbə qazanmaq çox çətindir. Ona görə də ümid qalıb yalnız Lixtenşteynə”.  

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı