Mesut Özil: “Azərbaycana qol vurmağı arzulayıram”

Mesut Özil: “Azərbaycana qol vurmağı arzulayıram”
XƏBƏR 7 Sentyabr 2009 / 12:18 2071
-  A +

“Lövün mənim haqqımda dediyi yüksək fikirlərdən xəbərim var. Baş məşqçimin bu cür fikirləşməsi məni çox sevindirir. Düzü ilk vaxtlar millidə mənim üçün müəyyən çətinliklərin olacağını düşünürdüm. Amma hər şey düşündüyümdən də yaxşı alındı. Burada baş məşqçimizin və kollektivin rolu böyük oldu. İndi özümü millidə çox yaxşı hiss edirəm. CAR-a vurduğum qol özünəinamı bir qədər də artırdı”. Qol.Az-ın məlumatına görə, bu sözləri Almaniya mətbuatına açıqlamasında bu ölkənin milli komandasının türk əsilli futbolçusu Mesut Özil deyib. Yoaxim Lövün onun haqqında söylədiyi fikirlərə münasibət bildirən Özil millimizlə qarşıdakı oyuna da toxunub: “Azərbaycana qarşı əsas heyətdə oynamağı və qol vurmağı çox arzulayıram. Bununla mənə olan inamı da doğrultmaq fikrindəyəm. Rəqib o qədər də güclü olmasa da, bu, o demək deyil ki, qələbəni asanlıqda qazanacağıq. Xeyr, asan heç nə əldə olunmur. 3 xal qazanmaq istəyirsənsə zəhmət çəkməlisən. Rəqibin itiriləsi heç nəyi yoxdur. Odur ki, oyuna sakit çıxacaqlar. Bizə isə mütləq qələbə lazımdır. İnanıram ki, Hannoverdə bu qələbəni qazanacağıq”. Bu arada, CAR-la oyundan sonra yerli mətbuata verdikləri açıqlamalarında millinin kapitanı Mİxael Ballak və Almaniya futbolunun əfsanələrindən olan Oliver Kan da Özil haqda yüksək fikirlər söyləyərək onu gələcəyin ulduzu adlandırıblar.


 

Daha çox


Son xəbərlər