Löv millimizlə oyunda Özili əsas heyətdə meydana buraxacaq

Löv millimizlə oyunda Özili əsas heyətdə meydana buraxacaq
XƏBƏR 7 Sentyabr 2009 / 11:58 1674
-  A +

Ötən gün CAR-la yoxlama görüşündə özünü ən yaxşı tərəfdən göstərən və rəqib qapısına vurulan 2 qoldan birinin müəllifi olan Almaniya millisinin üzvü Mesut Özil sentyabrın 9-da millimizə qarşı oyunda əsas heyətdə meydana çıxacaq. Qol.Az-ın məlumatına görə, bu sözləri Almaniya Futbol Ferderasiyasının rəsmi internet saytına açıqlamasında almanların baş məşqçisi Yoaxim Löv deyib. O, türk əsilli futbolçunun buna tam hazır olduğunu deyib: “Özil CAR-a qarşı çox əla oynadı. O, yaxşı formadadır və get-gedə milli komandaya uyğunlaşır. Böyük ehtimalla Azərbaycanla qarşılaşmada onu start onbirlikdə meydana buraxacağam. İnanıram ki, Özil həmin matçda da öz sözünü deyəcək”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı