“Azərbaycan millisi üzərində mütləq qələbə qazanmalı idik”

“Azərbaycan millisi üzərində mütləq qələbə qazanmalı idik”
XƏBƏR 7 Sentyabr 2009 / 11:43 1688
-  A +

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Albaniya - Azərbaycan oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Artan Buşati oyunla bağlı AFFA-nın rəsmi internet saytına açıqlama verib: “İlk iki oyunda məğlub olduğumuz üçün bu qarşılaşmada mütləq qələbə qazanmalı idik. Təbii ki, bu, futbolçularımızda psixoloji gərginlik yaratmışdı. Qol vurana qədər nəzərəçarpacaq üstünlüyümüz yox idi. Biz hesabı açandan sonra rəqib təzyiqini daha da artırdı. Bu isə, bizim işimizə yaradı”.


Son xəbərlər