Etopaz.az "Qarabağ"ın oyunu üçün əmsalları açıqladı

Etopaz.az "Qarabağ"ın oyunu üçün əmsalları açıqladı
ETOPAZ 15 İyul 2014 / 16:45 3650
-  A +

Bu gün futbol üzrə Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək. Azərbaycan çempionu "Qarabağ" da məhz bu mərhələdə mübarizəyə qoşulacaq. Tarixində ilk dəfə Avropanın ən ali klub turnirində oynayacaq "Qarabağ"ın rəqibi güclülərdən sayılmayan Malta çempionu "Valetta"dır.

Son illər Avroliqada uğurlu çıxışıyla azarkeşlərini sevindirən Ağdam təmsilçisindən Çempionlar Liqasında da çox şey gözlənilir. Çempionumuz nəinki "qızıl heyət"i qoruyub saxlayıb, üstəlik braziliyalı Danilo Diasın timsalında bir qədər də güclənib. Həm heyət, həm də avrokuboklardakı nəticə baxımından "Qarabağ" Malta çempionunu xeyli üstələyir. Bu səbəbdən komandamız səfərdə oynamasına baxmayaraq axşamkı qarşılaşmanın favoriti sayılır.

Ağdam klubunun Çempionlar Liqasında debüt matçı bu axşam saat 21:30-da başlayacaq. Qarşılaşmaya www.etopaz.az saytında "tək oyun" kimi mərc edə bilərsiniz. Əmsallar: "Valetta"nın qələbəsi 4.5, heç-heçə 3.5, "Qarabağ"ın qələbəsi 1.55.

Azərbaycan çempionuna Çempionlar Liqasında www.etopaz.az ilə azarkeşlik edin. Oynayın və həm qələbənin, həm də qazanmağın sevincini yaşayın!!!

Son xəbərlər