Lənkəranda qol vurub, "ənənə"yə sadiq qaldıq

ÖLKƏ FUTBOLU 5 Sentyabr 2009 / 21:46 3589
-  A +

Bu gün milli komandamız saat 20:00-da Lənkəranda dünya çempionatının seçmə mərhələsi çərcivəsində Finlandiya milli komandasıyla qarşılaşdı. Qol.Az saat 18:30-dan etibarən Azərbaycan - Finlandiya oyunundan canlı mətn-reportaj yayımladı. Həmçinin oyundan sonra məşqçi və futbolçuların fikirləri ilə saytımızda tanış ola bilərsiniz.

Azərbaycan - Finlandiya - 1:2  
Lənkəran. Şəhər stadionu
Baş hakim: Stelios Trifonos
Baş hakimin köməkçiləri:
Atinodoros İoannu, Andreas Papapanayito
Dördüncü hakim: Panikos Kailis
(Hakimlər briqadası Kiprdəndir)
Hakim-inspektor: Oğuz Sarvan (Türkiyə)
Komissar: Rudi Zavrl (Sloveniya)

Azərbaycan: 1.Kamran Ağayev, 2.Vladimir Levin, 3.Saşa Yunusoğlu, 4.Mahir Şükürov, 5.Elnur Allahverdiyev, 6.Rəşad Sadiqov, 7.Vaqif Cavadov, 8.Ruslan Abışov, 9.Samir Abbasov, 10.Elvin Məmmədov, 17.Vüqar Nadirov
Ehtiyat oyunçular: 12.Fərhad Vəliyev, 11.Daniel Axtyamov, 13.Ernani Pereyra, 14.Rahid Əmirquliyev, 15.Cavid Hüseynov, 16.Zeynal Zeynalov, 18.Cavid İmamverdiyev

Finlandiya: 1.Jussi Jeeskelaynen, 2.Petri Pasanen, 3.Moishander Niklas, 5.Tihinen Hanni. 6. Yeremenko Aleksey, 7.Yeremenko Roman, 8.Tainio Teemu, 13.Lampi Veli, 15.Heikinen Markus, 16. Jonasson Jonatan, 18. Kuqi Şefki
Ehtiyat oyunçular: 12. Fredhson Otti, 4.Nyman Ari, 10 Litmanen Yari, 11.Kolhka Jonas, 14.Hamatatan Venspa, 9.Sadik Berat, 17. Sjchar Ramet     

 

Oyun başa çatdı. Milli komandamız bu dəfə də qələbəyə həsrət qaldı.

90. Pasanen sarı vərəqəylə cəzalandı.

88. Millimiz hesabı bərabərləşdirməyə yaxın olsa da, rəqib müdafiəçilər topu son anda qapıdan çıxara bildilər.

Azarkeşlər artıq stadionu tərk edirlər.

85. QOL. Finlandiya ikinci qolu vurdu.

84. Millimizdə də sonuncu əvəzetmə baş verdi. Elvin Məmmədovu Rahid Əmirquliyev əvəzlədi.

82. Finlandiya millisində sonuncu dəyişiklik. Rameti Kolkha əvəzlədi.

80. Yeremenkonun zərbəsini Kamran tutdu.

78. Kamran Ağayev qol imkan vermədi.

77. Saşa Yunusoğlu sarı vərəqəylə cəzalandı.

73. QOL. Finlandiya millisi hesabı bərabərləşdirdi.

72. Finlərdə isə Şefkini Ramet əvəzlədi.  

71. Millimizin heyətində ikinci dəyişiklik. Vüqar Nadirovu Daniel Axtyamov əvəzlədi.

67. Yenə də Kamran xilaskar rolunu oynadı.

Azarkeşlərin möhtəşəm dəstəyi davam edir.

66. Vaqifin zərbəsi qapının üstündən keçdi.

63. Bravo Kamrannnnn. Qapıçımız Roman Yeremenkonun zərbəsinə möhtəşəm reaksiya göstərdi.

62. Vaqifdən gözəl hərəkətlər... Rəşad Sadiqov topu itirdi.

61. Mahirin qüvvətli zərbəsi qapıdan aralı keçdi. 

60. Finlərin hücumu təhlükəli alındı. Lakin Kamran Yeremenkonun baş zərbəsini tuta bildi.

55. Mahirin qüvvətli zərbəsi rəqib müdafiəçiyə dəyərək küncə çıxdı.

53. Bravo Kamran! Qapıçımız Yeremenkonun zərbəsini qaytara bildi.

52. İki dəqiqə ərzində iki qol şansını qaçırdıq. Bu dəfə də Vaqif fərqlənə bilmədi.

51. İnaılmaz...... Vüqar Nadirov ikinci qolu vurmağa yaxın idi. Lakin zərbəsi qapının üstündən keçdi.

Nəhayət ki, yeddinci oyunda millimiz qolsuzluğa son qoydu. Hörmətli oxucular, Lənkəran stadionunda möhtəşəm ab-hava var. Bütün stadion komandamıza inanılmaz dəstək verir. Bunu, yalnız görmək lazımdır. Stadion sanki dağılacaq.

49. QOLLLLLLLLLLLLLLLLLLLLLL. Millimiz hesabda irəli çıxdı. Elvin Məmmədov

47. Kamran çıxışda gözəl oynadı.

46. İkinci hissəyə hücumla başladıq. Vüqar topa istədiyi kimi zərbə endirə bilmədi.

46. Millimizin heyətində əvəzetmə. Ruslan Abışovu Cavid Hüseynov əvəzlədi.  

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

45+2. Finlandiya millisinin heyətində dəyişiklik. Teemu Tainionu Yari Litmanen əvəzlədi.

43. Finlərin hücumu çox təhlükəli alındı. Saşa Yunusoğlu gözəl oynadı.

35. Aleksey Yeremenkonun cərimə zərbəsindən vurduğu top qapının üstündən keçdi.

33. Saşa Yunusoğlunun uzaqdan zərbəsi qapının üstündən keçdi.

30. Mahirin ötürməyə oxşar zərbsi qapının üstündən keçdi.

29. Finlandiya millisinin daha bir zərbəsi qapımızdan aralı keçdi.  

24. Millimizin ilk künc zərbəsi təhlükəli alınsa da, sonuncu zərbəni vuran olmadı.

21.Teemunun daha bir zərbəsi qapının üstündən keçdi.

18. Teemunun zərbəsi qapının yanından keçdi.

17. Vüqarın zərbəsi qapıçıda qaldı.

15. Samirin ötürməsindən Elvin qapıçıyla təkbətək çıxa bilərdi. Lakin Jeeskelaynen topa daha tez çatdı.

12. Komandamız daha bir qol şansını boşa verdi. Vüqarın zərbəsi qapının üstündən keçdi.

9. Millimiz ilk təhlükəli hücumunu qurdu. Lakin Mahirin cinah ötürməsinə nə Vaqif, nə də Vüqar toxuna bildi.

8. Komandamızın hücumu təhlükəli alına bilərdi. Elvin yerdə qalsa da, hakimin fiti susdu.

5. Finlərin hücumu təhlükəli alındı. Lakin Kamran Ağayev Venspanın zərbəsini tuta bildi.

4. Millimiz rəqib qapısı qarşısında hücum qurmağa çalışır.

2. Roman Yeremenkonun asmasına toxunan olmadı.

1. Millimizin ilk hücum cəhdi alınmadı.

Oyun başladı. MİLLİ KOMANDAMIZA UĞURLAR ARZULAYIRIQ! 

                                                 ***

Hər iki komanda oyunqabağı son məşqini başa vuraraq, paltardəyişmə otağına yollandı. Matçın başlanmasına artıq dəqiqələr qalır. Stadion tam doludur.  

                                                 ***

Komandamız artıq meydandadır. İlk olaraq meydana qapıçılar - Kamran Ağayevlə Fərhad Vəliyev daxil oldular. Azarkeşlərin komandamıza möhtəşəm dəstəyi davam edir.   

                                                  ***

Lənkəran stadionunda möhtəşəm ab-hava var. Matçın başlanmasına 1 saatdan da çox vaxt qalıb. Buna baxmayaraq, arenann təxminən 60 faizi dolub. Azarkeşlər milli komandamıza möhtəşəm dəstək verirlər.  


 

 

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi