Dünya kuboku kimin olacaq?

Dünya kuboku kimin  olacaq?
ETOPAZ 13 İyul 2014 / 15:01 3535
-  A +

Braziliyadakı bir aylıq futbol bayramı bu gecə başa çatır. Bakı vaxtı ilə gecə saat 12-də başlanacaq final matçı 20-ci dünya çempionatının qalibini müəyyənləşdirəcək.

Dünya Kuboku uğrunda həlledici görüşdə üz-üzə gələcək komandalar isə köhnə tanışlardır: üçqat dünya çempionu (1954,1974 və 1990) Almaniya və iki dəfə planetin ən güclü milli komandası olmuş (1978 və 1986) Argentina. Tərəflər mundial tarixində 3-cü dəfə finalda üz-üzə gələcək ki, bu da dünya çempionatları tarixində unikal hadisədir. Almaniya və Argentinanın 1986-da baş tutan ilk final qarşılaşmasında cənubi amerikalılar 3:2 hesabıyla qalib gəlmişdi. 4 il sonrakı mundialın finalında almanlar Bremenin vurduğu penalti zərbəsiylə 1:0 hesablı qələbə qazanıb argentinalılardan əvəz çıxmışdı.

O vaxtdan düz 24 ildir Almaniya dünya çempionu ola bilmir. Bundestim bu 24 ildə bir dəfə finalda uduzub (2002), son iki mundialda (2006 və 2010) isə dünya üçüncüsü olub. Argentina isə Maradona dönəmindən sonra mundiallarda uğur qazana bilmir. İndi isə Argentinanın Messisi var və "gümüş ölkə" bu bəstəboy ulduzdan çempionluq gözləyir. Amma rəqibin Portuqaliyaya 4 cavabsız top vuran, meydan sahibi Braziliyanı darmadağın edən (7:1) Almaniya olduğu da unudulmamalıdır. İndiyədək bu komandalar dünya çempionatlarında 5 dəfə qarşılaşıb. Bu duellərdən 4-də almanlar və yalnız birində Argentina qalib gəlib. Tərəflərin 2010-cu ilə təsadüf edən son görüşündə Almanya rəqibini 4:0 hesabıyla məğlub etmişdi.
 
Məşhur "Marakana" stadionunda keçiriləcək axşamkı fnal matçını italiyalı referi Nikola Rizolli idarə edəcək. Oyunu bütün dünyada təxminən 2 milyard (!!!) insanın izləyəcəyi gözlənilir. Siz isə finala ölkəmizdə yeganə virtual mərc oyunları dleri olan www.etopaz.az  saytı vasitəsilə rəng qata bilərsiniz. Almaniya-Argentina finalına www.etopaz.az saytında həm "tək oyun" kimi, həm də canlı mərc edə bilərsiniz. Əmsallar: Almaniyanın qələbəsi 1.9, heç-heçə 3.1, Argentinanın qələbəsi 3.3. Final həyacanını www.etopaz.az saytı ilə yaşayın, oynayın və qazanın.

Qazancınız bu dünya çempionatından sizə qalan ən yaxşı xatirələrdən biri olsun!!!

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord