"Qarabağ"ın müstəqil fan klubu yarandı

XƏBƏR 5 Sentyabr 2009 / 12:41 1654
-  A +

"Qarabağ" klubunun müstəqil fan klubu yaranıb. Qol.Az-ın məlumatına görə, yeni yaranan fan klubun adı "İmarət"dir. Fan klubun təsisçilərindən olan Şükür Cavad bildirib ki, yaxın günlərdə fan klubla bağlı təqdimat mərasimi keçirməyi planlaşdırırlar. O , Azərbaycan milli komandasına Finlandiya ilə oyunda uğurlar arzulayıb: "Biz Azərbaycan futbolunun irəli getməsi üçün səylə çalışacağıq. "Qarabağ"la yanaşı milli komandamıza, yeni mövsüm Avropa yarışlarında mübarizə aparacaq klublarımıza dəstək verəcəyik. Yeni yaranmağımıza baxmayaraq, millimizi Lənkəranda dəstəksiz qoymayacağıq". Qeyd edək ki, "İmarət" fan klubuna üzv olmaq istəyənlər (055) 702-12-52 və ya 050-756-56-67 nömrələrinə zəng edə bilərlər.


Son xəbərlər