Xaricdə yaşayan soydaşlarımız Türkiyə-Ermənistan matçı ilə bağlı kampaniyaya başlayıblar

Xaricdə yaşayan soydaşlarımız Türkiyə-Ermənistan matçı ilə bağlı kampaniyaya başlayıblar
ÖLKƏ FUTBOLU 5 Sentyabr 2009 / 12:04 3989
-  A +

"Azərbaycan bayraqları Türkiyə-Ermənistan futbol matçına daşınsın" adlı kampaniyaya start vermişik. Facebook daxilində böyük bir qrup yaratdıq və ictimaiyyətin fikrini bu kompaniyaya yönləndirmək istəyirik". Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində İsveçdə yaşayan həmvətənlimiz Mənsur Cəsuroğlu bildirib. Onun sözlərinə görə, kampaniyanın əsas məqsədi Türkiyə-Ermənistan matçının keçiriləcəyi stadionu Azərbaycan bayraqları ilə bəzəməkdir. Cəsuroğlu bu çətin məqamda ictimaiyyətdən və iş adamlarından böyük dəstək gözlədiyini bildirib: "Türkiyədə çalışan iş adamlarının bu gündən etibarən hər bir futbol azarkeşinin əldə edə biləcəyi qiymətə Azərbaycan bayraqlarını satışa çıxarılmasına yardımçı olacaqlarına inanırıq".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın