Finlandiya mətbuatı komandalarını favorit görmür

XƏBƏR 4 Sentyabr 2009 / 19:08 1749
-  A +

Sabah dünya çempionatının seçmə qrup oyunu çərçivəsində Lənkəranda keçiriləcək Azərbaycan - Finlandiya matçı Skandinaviya mətbuatında az da olsa işıqlandırılır. Qol.Az-ın məlumatına görə, sabahkı qarşılaşmaya “Helsnki Times” nəşri daha çox yer ayırıb. Matçın finlandlar üçün olduqca çətin keçəcəyini bildirən fin həmkarlarımız özlərini bu qarşılaşmada favorit görmür. Həmkarlarımız bunu təbii qələmə veriblər: “Oyun ağır olacaq. Heç kim əvvəlki illərdə olduğu kimi, Finlandiyanı favorit saymasın. Bu heç də belə deyil. Azərbaycan artıq bütün rəqibləri üçün təhlükəli komandaya çevrilib. Üstəlik bizim Yari Litmanen də “qocalıb”. Forsel isə oynamayacaq. Sami Hyuyupya əvvəlki kimi oynaya bilmir. Azərbaycan millisinin almanlarla oyunu isə göstərdi ki, bu komandanın hücum xəttində təhlükəli, sürətli futbolçular var. Onların qarşısını almaq çətin olacaq”.


Son xəbərlər