Stüart Bakster: "Azərbaycan millisi indi daha çox hücum edir"

Stüart Bakster: "Azərbaycan millisi indi daha çox hücum edir"
ÖLKƏ FUTBOLU 4 Sentyabr 2009 / 17:43 2228
-  A +

“Oyun bizim üçün çox çətin keçəcək. Azərbaycan millisinin son Türkiyə, Uels və Almaniya ilə keçirdiyi oyunlarını izləmişəm. Bizimlə keçirilən ilk görüşlə müqayisədə komandada dəyişikliklər olduğunu bilirəm. Azərbaycan millisi indi daha çox hücum edir”. Bu sözləri sabah dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq Finlandiya komandasının baş məşqçisi Stüart Bakster Lənkəran şəhər hava limanında jurnalistlərə açıqlamasında deyib. Baş məşqçi komandanın müdafiəçisi Hyupya haqqında da danışıb.  Hyupyanın sabahkı qarşılaşmada oynayıb-oynamayacağı bu gün keçirəcəyimiz son məşqdən sonra bilinəcək”.

Daha çox


Son xəbərlər