Qurban Qurbanov püşkə münasibət bildirdi

Qurban Qurbanov püşkə münasibət bildirdi
XƏBƏR 4 Sentyabr 2009 / 16:46 1962
-  A +

Ölkə kubokunun sonuncu sahibi «Qarabağ» 1/8 final mərhələsində «Anşad-Petrol» - «Şahdağ» cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələ keçiləcəyi təqdirdə «Qarabağ» «Xəzər-Lənkəran» - «Muğan» cütünün qalibi ilə görüşəcək. Qol.Az-ın məlumatına görə, «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun klubun rəsmi saytına açıqlamasında püşkə münasibət bildirib. «Belə baxanda, püşk bizim üçün elə də əhəmiyyət daşımır. Çünki qarşılaşacağımız bütün rəqibləri ciddi qəbul edirik. Zənnimcə, bu il kubok mücadiləsi daha gərgin olacaq. Bir neçə komanda bu titulu qazanmaq istəyəcək. Biz də ən sona qədər getməyə çalışacağıq. Bu, heç də asan olmayacaq». Q.Qurbanovun fikrincə, hər komanda sürprizlə qarşılaşa bilər: «İlk turlar göstərdi ki, artıq zəif və ya güclü rəqib anlayışı getdikcə tarixə düşür».

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı