Azərbaycan kubokunun püşkü atıldı

PREMYER LİQA 4 Sentyabr 2009 / 15:31 3682
-  A +

Bu gün Azərbaycan kubokunun püşkatma mərasimi keçiriləcək. Qol.Az püşkatma mərasimindən canlı mətn-reportaj yayımlayır. Tədbir nəzərdə tutulandan beş dəqiqə gec başlayıb. Hazırda PFL prezidenti Ramin Musayev açılış nitqi söyləyib.

O, yarışda çıxış edəcək komandalara uğurlar arzulayıb.

Ramin Musayev bildirib ki, kubok oyunlarında futbolçuların aldığı sarı və ya qırmızı vərəqələr premyer-liqanın matçlarına şamil edilməyəcək. 

PÜŞKATMANIN NƏTİCƏSİ BELƏ OLUB:

1/16 final

"Gəncə" - "Rəvan"
MOİK - "Neftçi İSM"
"Anşad Petrol" - "Şahdağ"
"MKT Araz" - "Bakılı"


1/8 final

"Gəncə" - "Rəvan" cütünün qalibi - "Simurq"
"Anşad Petrol" - "Şahdağ" cütünün qalibi - "Qarabağ"
"MKT Araz" - "Bakılı" cütünün qalibi – “Bakı”
MOİK - "Neftçi İSM" cütünün qalibi - "Neftçi"

"Olimpik-Şüvəlan" - "Qəbələ"
"Xəzər Lənkəran" - "Muğan"
"Standard" - "Turan"
"İnter" - "Karvan"

Ölkə kubokunun 1/16 mərhələsinin ilk görüşləri sentyabrın 16-da və 17-də, cavab oyunları isə 1 həftə sonra baş tutacaq.

 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı