Stüart Bakster: “Azərbaycanla oyunda 3 xal qazanmalıyıq”

Stüart Bakster: “Azərbaycanla oyunda 3 xal qazanmalıyıq”
ÖLKƏ FUTBOLU 3 Sentyabr 2009 / 13:08 2262
-  A +

“Hazırlığımız yaxşı keçir. Futbolçularımın məşqlərdə istəkli çalışması məni sevindirməyə bilməz”. Qol.Az-ın məlumatına görə, bu sözləri sentyabrın 5-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamızın qonağı olacaq Finlandiya millisinin baş məşqçisi Stüart Bakster deyib. Təcrübəli mütəxəssis millimizlə oyunda qələbə qazanmağa çalışacaqlarını gizlətməyib: “Qarşıdakı iki oyun üçün məqsədimiz aydındır - 6 xal qazanmaq. Çalışacağıq ki, həm Azərbaycan, həm də Lixtenşteynlə qarşılaşmalarda xal itirməyək. Hər iki oyunu səfərdə keçirəcəyik. Bununla belə, hesab edirəm ki, bu iki oyunda komandam qarşıya qoyulan məqsədə nail olacaq”. 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın