Azərbaycan kuboku uğrunda 20 komanda mübarizə aparacaq

XƏBƏR 2 Sentyabr 2009 / 20:52 1821
-  A +

Futbol üzrə XVIII Azərbaycan Kubokunun iştirakçıları məlum olub. Qol.Az-a PFL-in mətbuat xidmətindən verilən məlumata görə, Premyer Liqanı təmsil edən 12 klubun və I divizionda çıxış edən 8 komandanın da iştirak edəcəyi Azərbaycan Kuboku uğrunda yarışların püşkü sentyabrın 4-də saat 15:00-da atılacaq. Kubok uğrunda bu komandalar yarışacaq:

"Bakı", "İnter", "Simurq", "Xəzər-Lənkəran", "Qarabağ", "Olimpik-Şüvəlan", "Standard", "Neftçi", "Karvan", "Qəbələ", "Turan", "Muğan", "Bakılı", MOİK, "Şahdağ", "Anşad-Petrol", "Gəncə", "MKT Araz", "Neftçi İSM", "Rəvan"

Azərbaycan Kubokunun 1/16 mərhələsinin ilk oyunları 16-17 sentyabrda, cavab qarşılaşmaları 23-24 sentyabrda baş tutacaq.
 


Son xəbərlər