“Hər bir azərbaycanlı kimi mən də milli komandamızın növbəti oyunlarda qələbə qazanmasını arzulayıram. Çox istərdim ki, nəhayət, Finlandiyayla oyunda komandamız qələbə qazansın”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri milli komandamızın dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi növbəti oyunlar haqda danışarkən veteran futbolçu, AFFA-nın keçmiş baş katibi Çingiz İsmayılov deyib. О, millimizin baş məşqçisi Berti Foqts haqda da fikirlərini bölüşüb: “Əvvəllər heç olmasa, millimiz hər seçmə мərhələdə bir oyunda qələbə qazanırdı. Lakin bu dəfə hələ nəinki qələbəyə, heç qol vurmağa belə müvəffəq olmamışıq. Amma inanıram ki, bu dəfə sevinəcəyik. Həm də bu, bizim axırıncı şansımızdır. Bu oyunda da qələbə qazana bilməsək, daha kimi udacağıq? O ki qaldı baş məşqçiyə, Berti Foqtsu günü bu gün qovmaq lazımdır və qovmaq olar da. Amma onu indi qovsaq, gərək, kompensasiyanı qəpiyinəcən ödəyək. Ona görə də mən hesab edirəm ki, cari seçmə mərhələ başa çatan kimi Foqtsu işindən uzaqlaşdıracaqlar. Ondansa yerli məşqçinin işləməyi daha məqsədəuyğundur. Məgər millimizin Portuqaliya, İsveçrə, Serbiya və Slovakiya ilə uğur qazandığımız oyunlarda əcnəbi baş məşqçi var idi?”
Çingiz İsmayılov sonda “Qarabağ”ın avrokuboklardakı çıxışına da toxunub: “Qarabağ”ı gördünüz? Nə elədilərsə, yerli uşaqların hesabına etdilər. Komandanın üzvləri yerli oyunçular idi və məhz onların möhtəşəm çıxışları sayəsində komanda Avropada adından söz etdirdi. Uşaqlar meydanda bütün güclərini, bacarıqlarını qoydular. Son oyunda “Tvente”yə qalib gələ bilməsələr də, kişi kimi oynadılar”.
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı
Aydın finala çıxdı
Şeydayevin qol imkanları... - Video
"Milan" Piolini istefaya göndərir
Mourinyo: "Məni hələ uzun məşqçilik karyeram gözləyir"
Bu mövsümün sonunda "Çelsi"dən ayrılacaq
Azərbaycan şahmatçısından maksimum nəticə
Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir
"İnter"in çempion olduğu Milan derbisi - Video
"Fənərbaxça" Sivasda büdrədi - Video