“Karvan” yoxlama görüşü keçirməyə rəqib tapdı

“Karvan” yoxlama görüşü keçirməyə rəqib tapdı
XƏBƏR 2 Sentyabr 2009 / 16:40 1807
-  A +

İlk 2 turu məğlubiyyətlə başa vuran Yevlaxın “Karvan” klubu 3-cü turun hazırlıqlarına start verib. Komandanın baş məşqçisi Yunis Hüseynovun Qol.Az-a verdiyi məlumata görə, yevlaxlılar sabah hazırlığın Bakı mərhələsini yekunlaşdıraraq Yevlaxa yollanacaqlar. Baş məşqçi düşərgəyə yeni qoşulan Yuri Muzikanın hazırlq səviyyəsindən də razı qaldığını deyib. Bundan başqa, Hüseynov yaranmış boşluqdan istifadə edərək yoxlama görüşü keçirəcəklərini də bildirdi. Belə ki, “Karvan” sentyabrın 6-da Yevlaxda Zaqatalanın “Simurq” klubu ilə qüvvəsini sınayacaq.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı