“Bakı” “Simurq”la oyunun hazırlığına başladı

XƏBƏR 2 Sentyabr 2009 / 15:05 1657
-  A +

Avropaliqada çıxışını pley-off mərhələsində başa vuran Azərbaycan çempionu “Bakı” bazar ertəsindən etibarən məşqlərini bərpa etdi. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Tofiq Bəhrəmov adına Respublika stadionunda baş tutan məşqdə milli komandalara dəvət olunan üzvləri Cəmşid Məhərrəmov, Saşa Yunisoğlu (Azərbaycan milli komandası), Bəxtiyar Soltanov (U-21) xaricində bütün futbolçular iştirak edib.
Səhər məşqini fitnes zalında təşkil edən məşqçilər Tofiq Bəhramov adına Respublika stadiounda baş tutan axşam məşqində fiziki təmrinlərə üstünlük verdilər.
Zədəsini sağaldan Elvin Əliyev də artıq komandayla birgə məşqlərə başlayıb. Əsasən, fiziki çalışmalara üstünlük verilən məşqdə futbolçular üçlü qruplar halında hazırlaşdılar. Oyunçular baş məşqçi Coko Hadzıyevskinin rəhbərliyi altında davam edən məşq boyu fiziki hazırlıq üzrə məşqçi Çudomir Çakarovun proqramına uyğun hərəkət etdilər. 1,5 saat davam edən məşq yüngül qaçışla tamamlandı.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı