“Qarabağ” dünya reytinqində 139 pillə irəlilədi

ÖLKƏ FUTBOLU 2 Sentyabr 2009 / 14:06 4219
-  A +

Beynəlxalq Futbol Federasiyaları Tarixi və Statistikası (BFFTS) bu gün klubların növbəti reytinq cədvəlini açıqlayıb. Qol.Az-ın məlumatına görə, uzun fasilədən sonra nəhayət ki, Azərbaycan klubu da BFFTS-nin siyahısına düşüb. Avroliqada uğurlu çıxış edən “Qarabağ” ötən ayla müqayisədə 139 pillə irəliləyərək, 279-cu yerə yüksəlib. Təmsilçimiz reytinqdə Rusiya, Türkiyə, Fransa, Isveç, Xorvatiya, Ispaniya, Ingiltərə, Argentina, Şotlandiya, Braziliya, Italiya kimi futbol ənənələri olan ölkələrin bəzi klublarını qabaqlayıb.
Avroliqanın play-off mərhələsinədək irəliləməyi bacaran digər klubumuz “Bakı”nın isə “ilk 350”liyə düşməməsi qaranlıq qalır.
Çempionumuzun məğlub olduğu İsveçrənin “Bazel” klubu reytinqdə 57-ci, “Levski” isə 105-cidir. “Qarabağ”ın rəqiblərindən “Tvente” 30-cu, “Rusenborq” 132-ci, “Honka” isə 330-cudur. “Simurq”u mübarizədən kənarlaşdıran “Bney Yehuda” isə 117-cidir. 
İlk pillədə “Mançester Yunayted” qərarlaşıb. “Barselona” ikinci, Argentinanın “Estudientes” klubu isə üçüncüdür. Türkiyənin “Qalatasaray” klubu reytinqdə 11-ci, “Fənərbaxça” 40-cı, “Beşiktaş” 90-cı, “Sivasspor” 179-cu, “Trabzonspor” 244-cü. “Bursaspor” 291-ci, “Ankaraspor” isə 330-cudur.      

"Qarabağ" eyni zamanda son 1 ayda reytinq siyahısında ən çox irəliləyən klubların da sırasına düşməyi bacarıb. Ağdam klubu son 1 ayda 139 pillə irəliləyib ki, bu da dünya klubları arasında ən yaxşı 10-cu göstəricidir.


 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı