“Bakı”nın vitse-prezidenti ən uğurlu menecerler sırasında yer aldı

“Bakı”nın vitse-prezidenti ən uğurlu menecerler sırasında yer aldı
XƏBƏR 2 Sentyabr 2009 / 12:39 2081
-  A +

Türkiyənin nüfuzlu "Forbes Türkiye" jurnalı avqust 2009-cu il buraxılışında ölkədə fəaliyyət göstərən ən güclü türk menecerlərin siyahısını açıqlayıb. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, "Bakı" futbol klubunun vitse-prezidenti Tunc Afşar 20-ci sırada yer alıb. Ən güclü menecerlərin siyahısı futbolçu sayı və əldə etdiyi mənfəətə uyğun tərtib olunub.
"Forbes Türkiye"nin açıqlamasına əsasən Tunc Afşarın "Yasmin Football Managament" şirkətinin müştəriləri 16 futbolçudan ibarətdir. Şirkətin Türkiyənin və Azərbaycanın müxtəlif liqalarında oynayan futbolçularla müqavilələri var.  
Xatırlamaq yerinə düşərdi ki, Jabanın paytaxt təmsilçisi "Ankaragücü"dən "Bakı"ya transferi klubun vitse-prezidenti və Türkiyənin ən uğurlu menecerləri sırasında yer alan Tunc Afşarın səyləri nəticəsində reallaşıb.
Nüfuzlu nəşrin məlumatlarına əsasən, Türkiyənin ən çox qazanan futbol idarəçisi Ertan Göksudur. Futbol menecerliyi fəaliyyəti bu şəxsə 286 min 675 Avro xeyir gətirib. Ən çox futbolçu sayına isə digər uğurlu menecer Mithat Halis malikdir. Onun xidmətlərindən 273 futbolçu istifadə edir.
Onu da əlavə etmək yerinə düşərdi ki, "Forbes Türkiye"nin hesablamaları Türkiyə Futbol Federasiyası (TFF) və Almaniyanın Transfermarkt internet portalının məlumatları əsasında hazırlayıb. 

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord