Millimizin üzvü: “Albaniyaya qələbə qazanmaq üçün gedirik”

XƏBƏR 1 Sentyabr 2009 / 18:31 1881
-  A +

“Albaniyaya iddialı yollanırıq. Bildiyiniz kimi, uzun müddətdir ki, komandamız qələbə qazana bilmir. Buna görə də səfərə qələbə qazanmaq üçün gedirik. İnanıram ki, uğursuzluğa bu dəfə son qoyacağıq”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızın və “Qarabağ”ın üzvü Əfran İsmayılov Albaniya ilə seçmə mərhələ oyunu haqda danışarkən deyib. Gənc futbolçu rəqib komanda haqda da fikirlərini bildirib: “Albaniyanın Şotlandiyaya qarşı keçirdiyi son oyunun videoyazısına baxmışıq. İnanın ki, rəqib o qədər də güclü deyil. Şotlandlar Albaniya millisindən qat-qat gözəl oyun sərgilədilər. Nəticədə də 5:2 hesabıyla qalib gəldilər. Düzdür, rəqibimiz Şotlandiyanın qapısına iki qol vurmağa müvəffəq oldu. Lakin hər iki top uzaqdan, təsadüfən vuruldu. Bir sözlə, albanlar məndə bir o qədər də güclü komanda təsiri bağışlamadılar. İnanıram ki, öz oyunumuzu göstərə bilsək, inamlı oynasaq, səfərdən qələbəylə qayıdacağıq”.  


 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı