“Xəzər Lənkəran”ın son transferi İneman oldu

XƏBƏR 1 Sentyabr 2009 / 17:01 2117
-  A +

Dünən - yay “transfer pəncərisi”nin son günü “Xəzər Lənkəran” heyətinə daha bir futbolçu qatıb. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, söhbət çexiyalı Tomas İnemandan gedir. Son mövsümü ölkəsində keçirən mərkəz müdafiəçisi kapitanı olduğu “Slovaçko”yla birgə yüksək dəstəyə vəsiqə qazanıb və ölkə kubokunun finalınadək yüksəlməyi bacarıb.
1.87 m boyu olan Tomas solaxaydı və “Xəzər Lənkəran”ın məşqçilər korpusunun fikrincə meydanda çox ağıllı və soyuqqanlı davranışıyla seçilir. Xatırladaq ki, 27 yaşlı Tomas hələ ay yarım öncə komandanın Boludakı təlim-məşq toplanışına qatılaraq səviyyəsini göstərmişdi. Lakin İneman sərbəst futbolçu olmadığından, yəni müqavilə ilə “Slovaçko”ya bağlı olduğundan danışılar buvaxtadək davam edirdi. Qeyd edək ki, İneman bu yay “Xəzər-Lənkəran”ın heyətinə qoşulan ikinci mərkəz müdafiəçisidi.

 


Son xəbərlər