Azərbaycan mətbuatının icmalı (1 sentyabr)

XƏBƏR 1 Sentyabr 2009 / 11:35 1949
-  A +

«525-ci qəzet» «Bakı»nın prezidenti Hafiz Məmmədovun «Bazel»lə oyundakı ağır məğlubiyyətə görə komandanın bütün üzlərinə ağır cəza tətbiq etdiyini yazıb. Bundan başqa, qəzet «Bakı»nın baş məşqçisi Coko Haciyevskinin müsahibəsini yayımlayıb.

«Yeni Müsavat»«Azadlıq» qəzetləri Zeynal Zeynalovun milli komandaya çağırılmasını tənqid edib.

«Futbol dünyası» qəzeti Finlandiya ilə oyun ərəfəsində «Qarabağ»ın yarımmüdafiəçisi Emin İmaməliyevlə müsahibə dərc edib. Bu müsahibədə Emin millimizin seçmə mərhələdə ilk qələbəsini məhz Finlandiya üzərində qazanacağını deyib.
Qəzet Ramal Hüseynov, Emin Quliyev və Zaur Ramazanovun «Standard»la anlaşması barədə də xəbər yayıb.

«Futbol +» qəzeti «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovla müsahibə dərc edib. Müsahibədə Q.Qurbanov komandanın avrokuboklardakı çıxışına toxunub.

Qəzet həmçinin millimizin sabiq baş məşqçisi Şahin Diniyevin qışda Qroznı «Terek»indən ayrıla biləcəyini yazıb.

«Futbol + qol» qəzetində Ramal Hüseynovla müsahibə dərc olunub. Futbolçu maddi səbəblərə görə «Kocaelispor»un tərk etdiyini deyib. 


 

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq