Qaliblərin və məğlubların dueli

Qaliblərin və məğlubların dueli
ETOPAZ 19 İyun 2014 / 17:42 2656
-  A +

Axşam və gecə saatlarında futbol üzrə dünya çempionatında daha 3 oyun keçiriləcək. Bu oyunlardan birində ilk turda qalib gələn komandalar, ikisində isə mundiala məğlubiyyətlə başlayan yığmalar üz-üzə gələcək.
 
Mundiala qələbəylə start verən komandaların - Kolumbiya ilə Fil Dişi Sahilinin görüşü saat 21-də başlayacaq. Kolumbiyalılar ilk görüşdə Yunanıstana 3:0, Didye Droqbalı Fil Dişi Sahili isə Yaponiya millisinə 2:1 hesabıyla qalib gəlib. Bu günkü matçda qalib tərəf pley-offa vəsiqəni böyük ölçüdə təmin edəcək. Hər iki komanda qarşılaşmaya optimal heyətlə çıxacaq. Görüşə www.etopaz.az saytında həm "tək oyun" kimi, həm də canlı mərc edə bilərsiniz. Əmsallar: Kolumbiyanın qələbəsi 1.9, heç-heçə 3.2, Fil Dişi Sahilinin qələbəsi 3.2.

Çempionata məğlubiyyətlə başlayan İngiltərəylə Uruqvayın dueli isə ölüm-dirim xarakteri daşıyır. Məğlub tərəf pley-off mərhələsinə çıxmaq şansını demək olar ki, itirəcək. Uruqvaylıların kapitanı Dieqo Luqano dizindəki zədə səbəbindən, Maksi Pereyra isə cəzalı olduğundan bu axşam meydana çıxmayacaq. Əvəzində komandanın əsas qol ümidi Luis Suares zədəsini sağaldaraq heyətə dönüb. "Liverpul"lu forvardın ingilislərə qarşı oynayacağı gözlənilir. Maraqlıdır ki, İngiltərənin də hücumdakı əsas "silah"ı Luis Suaresin "Liverpul"da çiyin-çiyinə oynadığı Daniel Staricdir.

İngiltərə millisində 20 yaşlı yarımmüdafiəçi Aleks Oksleyd-Çemberlen zədə üzündən matçı buraxacaq. Komandada taktiki planda da dəyişiklik gözlənilir. Mətbuat və mütəxəssislərin tənqidlərini nəzərə alan baş məşqçi Roy Hocson İtaliya matçından fərqli olaraq Ueyn Runini Uruqvayla görüşdə cinahda yox, mərkəz hücumçusu kimi oynadacaq. Cinahdan isə hücuma gənc və sürətli Rahim Sterlinq qoşulacaq. Gecə saat 12-də başlayacaq qarşılaşmaya www.etopaz.az saytında "tək" mərc qəbul olunur. Əmsallar: Uruqvayın qələbəsi 3.4, heç-heçə 3.3, İngiltərənin qələbəsi 1.8.

Mundialın ilk turunda uduzan daha iki komanda - Yaponiya və Yunanıstan isə Bakı vaxtıyla gecə saat 3-də qarşı-qarşıya gələcək. Bu dueldə uduzan tərəf növbəti mərhələdən əlini üzə bilər. Bu matça da www.etopaz.az saytında "tək oyun" kimi mərc edə bilərsiniz. Əmsallar: Yaponiyanın qələbəsi 2.0, heç-heçə 3.1, Yunanıstanın qələbəsi 3.0.
Mundial www.etopaz.az ilə daha həyacanlı və daha maraqlıdır. www.etopaz.az sizə həm də mundialdan qazanmaq şansı verir. Oynayın və qazanın!!!


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi