Branimir Subaşiç komandasına qələbə qazandırdı

Branimir Subaşiç komandasına qələbə qazandırdı
XƏBƏR 30 Avqust 2009 / 16:50 2144
-  A +

Milli komandamızın sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi Çinin “Çanqçun Yatay” klubu ölkə çempionatında növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Subaşiçin komandası səfərdə “Ksian Çanba”nın qonağı olub. Matç “Çanqçun Yatay”ın 1:0 hesablı qələbəsiylə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu Branimir Subaşiç vurub. Bu qələbədən sonra xallarının sayını 29-a yüksəldən Subaşiçin komandası turnir cədvəlində altıncı pilləyə yüksəlib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord