«Qarabağ» istirahətə çıxdı

XƏBƏR 29 Avqust 2009 / 13:56 1853
-  A +

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov avroliqada Hollandiya «Tvente»silə keçirilən təkrar oyundan sonra komandanın futbolçularına üç günlük istirahət verib. Qol.Az-ın
klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Qurban Qurbanov iyunun 23-dən komandanın səfərlərdə olduğunu söyləyib: «İki aydan çoxdur ki, gərgin rejimdə çalışırıq.  Futbolçuların istirahətə ehtiyacı vardı. Bazar ertəsi yenidən yığışacağıq. Artıq çempionat haqqında fikirləşməliyik.  Düzdü, tam gücümüzlə çalışa bilməyəcəyik. Məlum olduğu kimi, millidə altı futbolçumuz var. Amma istirahətdən maksimum yararlanmalıyıq».

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı