Şahin Diniyevin komandası ağır məğlubiyyətə uğradı

XƏBƏR 29 Avqust 2009 / 12:53 1965
-  A +

Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyevin rəhbəri olduğu “Terek”in əvəzedici heyəti Rusiya çempionatının XX turunda ağır məğlubiyyətlə üzləşib. Qroznı təmsilçisi səfərdə “Saturn”la matçda qapısında dörd cavabsız qol görüb.

Oyuna uğursuz başlayan Diniyevin yetirmələri rəqibin ardı-arası kəsilməyən hücumları önündə tab gətirə bilməyiblər. Bunun məntiqi nəticəsidir ki, “Saturn” birinci hissədə 3 dəfə fərqlənib. 86-cı dəqiqədə isə Nikitinski görüşdə son nöqtəni qoyub - 4:0.

Çempionatda 8-ci dəfə məğlubiyyət acısı dadan “Terek” hazırda 30 xalla 7-ci pillədə qərarlaşıb. Qroznılılar lider “Spartak”dan 13 xal geri qalırlar. Diniyevin komandası növbəti oyununu sentyabrın 12-də doğma meydanda “Tom”a qarşı keçirəcək.


Son xəbərlər