“Qalatasaray”, “Qarabağ”, “Barselona”...

XƏBƏR 29 Avqust 2009 / 11:59 2369
-  A +

“Media forum” saytı “"Hansı futbol komandasına daha çox azarkeşlik edirsiniz” sualı ilə internet sorğusu keçirib. Qol.Az-ın məlumatına görə, sorğuya 19 klub komandasının adı daxil edilib. Adı sorğuda olmayan komandaya daha çox azarkeşlik edənlər müvafiq bölümdə səs verə biliblər. Ümumən 221 dəfə səs verilmiş sorğuda nəticələr belə olub:

“Qalatasaray” (Türkiyə) - 25.34%

“Qarabağ” (Azərbaycan) - 18.55%

“Barselona” (İspaniya) - 11.31%

“Neftçi” (Azərbaycan) - 8.14%

“Xəzər-Lənkəran” (Azərbaycan) - 5.88%

“Real” (Madrid, İspaniya) - 5.43%

“Beşiktaş” (Türkiyə) - 4.52%

“Mançester Yunayted” (İngiltərə) - 4.52%

“Yuventus”(İtaliya) - 3.62%

“Fənərbaxça” (Türkiyə) - 3.17%

Adı bu sorğuda olmayan komanda - 2.71%

“Arsenal” (İngiltərə) - 1.81

“Bavariya” (Almaniya) - 1.81%

“Çelsi” (İngiltərə) - 1.81%

“Ayaks” (Hollandiya) - 0.45%

“Dinamo” (Kiyev, Ukrayna) - 0.45%

“Liverpul” (İngiltərə) - 0.45%

“Milan” (İtaliya) - 0%

“Portu” (Portuqaliya) - 0%

“Spartak” (Moskva) - 0%.

“Media forum” saytı bildirib ki, internet sorğusunda sosioloji parametrləri gözləmək mümkün olmadığından və bir nəfərin bir neçə dəfə səs verməsinin qarşısını almaq üçün tətbiq edilən texniki məhdudiyyətlər şərti xarakter daşıdığından bu tipli sorğuların nəticələri həqiqi ictimai rəylə üst-üstə düşməyə bilər.

 


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"