Azərbaycanla təkrar qarşılaşmada da Almaniya millisinin qapısını Enke qoruyacaq

Azərbaycanla təkrar qarşılaşmada da Almaniya millisinin qapısını Enke qoruyacaq
XƏBƏR 28 Avqust 2009 / 21:02 1933
-  A +

Dünya çempionatının Azərbaycan milli komandası ilə keçiriləcək təkrar seçmə mərhələ oyununda da Almaniya millsinin qapısını “Hannover”in qapıçısı Robert Enke qoruyacaq. Qol.Az-ın məlumatına görə, almanların baş məşqçisi Yoaxim Löv “Bild” nəşrinə açıqlamasında bunu deyib: “CAR-la yoxlama görüşünə 3 qapıçı dəvət etmişəm. Böyük ehtimalla afrikalılarla qarşılaşmada qapını Rene Adler qoruyacaq. Noyer də yaxşı qapıçıdır. Amma Enke hazırda əla formadadır. O, cari seçmə mərhələnin bütün oyunlarında qapını qoruyub. Qeyri-adi hadisə baş vermədə, geridə qalan oyunlarda əsas qapıçı o, olacaq”.

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi