Vəli Qasımov: “Qarabağ” sübut etdi ki, biz də futbol oynaya bilirik”

Vəli Qasımov: “Qarabağ” sübut etdi  ki, biz də futbol oynaya bilirik”
XƏBƏR 28 Avqust 2009 / 19:00 2208
-  A +

“Qarabağ” çox xoşuma gəldi. Gözəl, baxımlı və əzmkar futbol oynadılar. Özü də heyət sırf azərbaycanlı futbolçulardan təşkil olunmuşdu. Nəzərə alaq ki, “Tvente” çox güclü komanda idi. Amma, bizimkilərin bəxti gətirmədi. Əgər ilk qolu vura bilsə idik, ikincini də mütləq vuracaqdıq. Sadəcə, dediyim kimi, bəxtimiz gətirmədi. Bununla belə, “Qarabağ” sübut etdi ki, biz də futbol oynaya bilirik”. Bu sözləri Qol.Az-a açıqlamasında Azərbaycan milli komandasının sabiq hücumçusu Vəli Qasımov deyib. Qasımov “Bakı”nın İsveçrədə “Bazel”ə qarşı keçirdiyi oyuna da münasibətini bildirib: “Bakı” çox zəif oynadı. Düzü, onlardan bu cür oyun gözləmirdim. Çünki yeni transferlər etmişdilər. Dünənki qarşılaşmada onların orta xətti demək olar, yox idi. Jaba alınıb, ondan başqa Peres canfəşanlıq edirdi, amma bu futbolçulara dəstək yox idi, onları topla təmin edəcək yaradıcı yarımmüdafiəçi çatışmırdı. Müdafiə xətti də zəif oynadı. Bir sözlə, “Bazel” o qədər də güclü komanda deyildi. Sadəcə, “Bakı” onlara oynamaq və 5 qol vurmaq şansı verdi”.

 

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın