Ağasəlim Mircavadov: “Qarabağ”da hücumçu, “Bakı”da komanda oyunu problemi var idi”

Ağasəlim Mircavadov: “Qarabağ”da hücumçu, “Bakı”da komanda oyunu problemi var idi”
ÖLKƏ FUTBOLU 28 Avqust 2009 / 17:53 2423
-  A +

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov «Qarabağ» və «Bakı» klublarının Avropa Liqasının pley-off mərhələsində keçirdiyi təkrar oyunlarla bağlı fikirlərini açıqlayıb. Qol.Az-ın müxbirilə söhbətində A.Mircavadov “Qarabağ”ın ehtiyat oyunçular skamyasının qısa olduğunu söyləyib. O, komandada konkret olaraq hücumçunun çatışmadığını deyib: «Vaqif Cavadov tək oynayırdı. Biri var müdafiə hesabına mərhələ keçəsən, biri də var hücum hesabına. Müdafiə hesabına belədir ki, arxaya diqqəti artırmaqla ilk növbədə top buraxmamağa çalışırsan. Bu zaman müdafiəçiyə ehtiyacın olur. Dünən “Qarabağ”a iki qol vurmaq lazım idi. Deməli, bu qolları vurmaq üçün hücumçu lazım idi. Bütün bunlara baxmayaraq, “Qarabağ”ı layiqli oyun münasibəti ilə təbrik edirəm. Onlar güclərindən maksimum istifadə etdilər. Əgər Hollandiyada hesab 1:0 olarkən Vüqar Nadirov ikinci qolu da vursaydı, burada tamam başqa nəticə qeydə alınacaqdı”.

Təcrübəli mütəxəssis “Bakı”nın İsveçrədə “Bazel”ə qarşı keçirdiyi oyuna da münasibətini bildirib: “Bakı” öz taleyini Bakıda həll etməli idi. Mən onların oyunun ikinci hissəsinə baxdım və deyərdim ki, çox yüngül toplar buraxdılar. ”Bakı”da komanda oyunu çatışmırdı. Halbuki klub prezidenti Hafiz Məmmədov komanda üçün hər cür şərait yaradıb. Yeni futbolçular transfer olundu. Amma qeyd etdiyim kimi, komanda oyununun olmaması hesabın o cür olması ilə nəticələndi. Təbii, bunun səbəbləri haqqında fikir bildirmək istəmirəm. Çünki Haciyevski həmkarımdır və ona hörmətsizlik etmək istəmirəm”.

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı