Finlandiya millisinin Azərbaycana gətirəcəyi heyət məlum oldu

Finlandiya millisinin Azərbaycana gətirəcəyi heyət məlum oldu
XƏBƏR 26 Avqust 2009 / 16:00 1882
-  A +

Sentyabrın 5-də 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsinin növbəti matçı çərçivəsində LƏnkəranda AZərbaycan milli komandasının qonağı olacaq Finlandiya milli komandasının heyəti açıqlanıb. Qol.Az-ın Finlandiya Futbol Federasiyasının rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Stüart Bakster millimizlə oyuna aşağıdakı futbolçuları dəvət edib:

Qapıçılar: Yussi Yaskelaynen (“Bolton”, İngiltərə), Otto Fredrikson (“Lillestrom”, Norveç)

Müdafiəçilər: Veli Lampi, Hannu Tihinen (hər ikisi “Sürix”, İsveçrə), Sami Hyuyupya (“Bayer”, Almaniya), Petri Pasanen (“Verder”, Almaniya), Niklas Moisander (“Alkmar”, Hollandiya)

Yarımmüdafiəçilər: Markus Heykkinen (“Rapid”, Avstriya), Timu Taynio (“Sanderlend”, İngiltərə), Roman Yeryomenko (“Dinamo”, Ukrayna), Yonas Kolkka (“Breda”, Hollandiya), Roni Porokara (“Erebru”, İsveç), Tim Sparv (“Halmstad”, İsveç), Perparim Hetemaj (AEK, Yunanıstan), Daniel Syolund (“Dyurgarden”, İsveç), Aleksey Yeryomenko (“Metallist”, Ukrayna), Kasper Hyamalaynen (TPS), Şefki Kuqi (“Koblenz”, Almaniya)

Hücumçular: Mikael Forssell (“Hannover”, Almaniya), Conatan Yohansson (“Hibernian”, Şotlandiya), Yari Litmanen (“Laxti”), Berat Sadik (“Arminiya”, Almaniya).

Siyahıda 38 yaşlı Yari Litmanenin olması yenə diqqət çəkir. Onu da qeyd edək ki, bu, finlandların ölkəmizə 4-cü səfəridir. Bundan əvvəlki 3 səfərin ikisində skandinavlar, birində isə bizimkilər qalib gəlmişdilər. Komandamızın Finlandiya üzərində yeganə qələbəsi 2007-ci ilin aprelində baş tutmuşdu. Həmin vaxt Şahin Diniyevin rəhbərlik etdiyi komandamız rəqibini Emin İmaməliyevin 83-cü dəqiqədə vurduğu qol sayəsində 1:0 hesabı ilə məğlub etmişdi.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı