Taras Çopik də sıradan çıxdı

Taras Çopik də sıradan çıxdı
XƏBƏR 26 Avqust 2009 / 15:32 1814
-  A +

"Muğan"la sonuncu oyunöncəsi zədələrlə üzləşən "Simurq" yenə bəxtsizliklə üzləşib. Qol.Az-ın məlumatına görə, Rauf Mehdiyevin milli komandanın düşərgəsində zədələnməsindən sonra, komandanın  digər qolkiperi Taras Çopik də sıradan çıxıb. "Muğan"la qarşılaşmanın əvvəlində dizindən zədə alan təcrübəli qolkiper şiddətli ağrılara baxmayaraq, meydançanı tərk etmədi və sona qədər oynadı. Oyundan sonra aparılan həkim müayinəsindən sonra, onun zədəsinin ciddi olduğu bilinib. Futbolçunun sıraya dönməsinin dəqiq tarixi bəlli deyil.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı