“Simurq”un futbolçusu Latviya millisinə çağrıldı

XƏBƏR 26 Avqust 2009 / 15:16 1699
-  A +

"Simurq"un yarımmüdafiəçisi Gennadi Solonitsin Latviya yığmasına dəvət alıb. Qol.Az-ın mılumatına görə, latviyalıların baş məşqçisi Aleksandr Starkovun düşərgəyə çağırdığı heyətdə 29 yaşlı futbolçunun adı da var. Latviya yığması sentyabrın 5-də və 9-da DÇ-2010-un seçmə mərhələsi çərçivəsində müvafiq olaraq, İsrail (səfərdə) və İsveç (evdə) yığmaları ilə qarşılaşacaq. Nəzərinizə çatdıraq ki, milli komandada 35 oyuna 1 qol vuran Gennadi Solonitsin yığmanın Bolqarıstanla sonuncu yoldaşlıq görüşündə 30 dəqiqə meydançada olub

 


Son xəbərlər