"Qarabağ" Zaur Ramazanovun qarşısında şərt qoydu

"Qarabağ" Zaur Ramazanovun qarşısında şərt qoydu
ÖLKƏ FUTBOLU 26 Avqust 2009 / 13:40 2386
-  A +

“Zaur Ramazanovun  yenidən karyerasını “Qarabağ”da davam etdirməsi onun özündən asılıdır. Əgər o, bizim komandanın futbolçusu olmaq istəyirsə, ilk növbədə fiziki hazırlığının lazımı səviyyəyə çatdırmalıdır”. Bu sözləri Qol.Az-ın əməkdaşı ilə söhbətində Ağdamın “Qarabağ” klubunun icraçı direktoru Əmrah Çəlikəl deyib. O, müqavilə əsasında “Qarabağ”a məxsus olan Ramazanovun “Standard”a mümkün keçidinə də toxunub: “Düzü, bu məsələ ilə bağlı Zaurla klub rəhbərliyi arasında heç bir söhbət olmayıb. Onun “Standard”a keçidi müqabilində bizim 100 min dollar istəməyimizə gəlincə, bu düzgün informasiya deyil. Təbii, əgər Zaur hansısa kluba keçmək qərarına gəlsə, məsələnin maddi tərəfləri klubla futbolçu arasında müzakirə olunacaq. Amma ikilikə, özəl olaraq”.

Qeyd edək ki, Çəlikəllə “Qarabağ”-“Tvente” oyunu haqqında olan geniş müsahibəni yaxın dəqiqələrdə saytımızda oxuya bilərsiniz.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın