“Gəncə” problemlə üzləşdi

XƏBƏR 26 Avqust 2009 / 13:28 1682
-  A +

1-ci divizionun başlanmasına az qalmış «Gəncə» klubu itki ilə üzləşib. Komandanın sıralarını hücumçu Zahir Tayibov tərk edib. Tayibov Qusar “Şahdağ”ına qayıdıb. Qol.Az-ın məlumatına görə, Qusar klubu Tayibovu “Gəncə”nin əlindən alıb. Ötən il 1-ci divizionun bombardiri olmuş futbolçunun demə, “Şahdağ”la 3 illik müqaviləsi varmış. “Şahdağ” Tayibova görə konpensasiya tələb etsə də, “Gəncə” özünü xərcə salmaq istəməyib. Qeyd edək ki, az əvvəl “Gəncə”nin sıralarına hücumçu Yasin Quliyev tərk edərək “Turan”ın əvəzedici heyətinə yollanmışdı. Beləliklə, “Gəncə” çempionatın startına az qalmış hücumçusuz qalıb.


Son xəbərlər