Hollandiyalı azarkeşlər Nargin adasında

XƏBƏR 26 Avqust 2009 / 10:59 2077
-  A +

Komandalarını dəstəkləmək üçün dünən axşam «Tvente» klubuyla birgə Bakıya 30-dək hollandiyalı azarkeş də gəlib. Qol.Az-ın məlumatına görə, bu gün səhər azarkeşlər paytaxtımızda gəzintiyə çıxıblar. İlk öncə şəhərin mərkəzində dolaşan azarkeşlər daha sonra yaxta ilə Nargin adasına istiqamət götürüblər. Ümumiyyətlə, holland azarkeşlər üç saat ərzində dənizdə olacaqlar.
Qol.Az-ın müxbirilə söhbətlərində holland azarkeşlər Bakını çox bəyəndiklərini söyləyiblər.
Azarkeşlərin proqramına bu gün «Buta klub»da şam yeməyi də daxildir.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın