Bəxtiyar Soltanov: “Bizim “Bazel” qarşısında üstünlüyümüz var”

XƏBƏR 25 Avqust 2009 / 23:42 2126
-  A +

“Oyun çox çətin keçəcək. Rəqib güclü komandadır”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri milli komandamızın və “Bakı”nın hücumçusu Bəxtiyar Soltanov avqustun 27-də Avroliqanın play-off mərhələsinin cavab oyunları çərçivəsində İsveçrənin “Bazel” klubuna qarşı keçiriləcək matç haqda danışarkən deyib. Gənc futbolçu bildirib ki, “Bakı”nın “Bazel” qarşısında üstünlüyü var: “Bir üstünlüyümüz var ki, onlar oyuna arxayın çıxacaqlar. Bu fürsəti isə mütləq dəyərləndirməliyik. Bütün gücümüzü meydanda qoyacağıq ki, vətənə başıuca dönək”.


 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord