“Qarabağ” “Tvente”yə 2:0 hesabı ilə qalib gələcək gücdədir”

XƏBƏR 25 Avqust 2009 / 20:06 2087
-  A +

“Əlbəttə, məğlubiyyətə görə çox üzülürəm. Çünki səfərdən daha yaxşı nəticəylə dönə bilərdik”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Qarabağ”ın kapitanı Aslan Kərimov avroliqanın play-off mərhələsinin ilk oyunları çərçivəsində “Tvente”yə qarşı keçirilən oyun haqda danışarkən deyib. Təcrübəli futbolçu etiraf edib ki, ikinci hissədə həqiqətən də zəif oynayıblar: “Hesab ən azından 1 deyil, 2:3 ola bilərdi. İkinci hissədə bir qədər zəif oynadıq. Bu da ondan irəli gəlir ki, fasilədən sonra “Tvente” daha çox pressinq etməyə başladı. Həm də komandada bir qədər yorğunluq var idi”.
Sonda Aslan cavab oyunu haqda da danışıb: “Ümidimizi itirməmişik. Fikrimcə, “Qarabağ” “Tvente”yə 2:0 hesabıyla qalib gələcək gücdədir. Biz buna qadirik”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın