Qurban Qurbanov və Stiv Maklarenin planları bəlli oldu

Qurban Qurbanov və Stiv Maklarenin planları bəlli oldu
XƏBƏR 25 Avqust 2009 / 14:47 1917
-  A +

Avqustun 27-də avroliqanın plef-off mərhələsinin cavab matçında qarşılaşacaq «Qarabağ» və Hollandiya «Tvente»sinin oyunöncəsi planları bəlli olub. Qol.Az-ın «Qarabağ»ın rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq bu gecə enshedelilər Bakıya təşrif buyuracaq. Sabah üçün hər iki klubun məşq planı bəllidir. İlk olaraq «Qarabağ» matçöncəsi məşqə çıxacaq. Komandamız 19:00-da bir saatlıq məşq keçəcək. 19:45-də isə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı nəzərdə tutulub. Lakin rəqibin mətbuat konfransı daha erkən keçiriləcək. Stiv Maklarenlə görüş 19:00-a təyin olunub. Hollandların məşqi isə 20:00-da baş tutacaq. Jurnalistlərə məşqin sadəcə ilk 15 dəqiqəsini izləmək imkanı veriləcək.


 


Son xəbərlər