Rəşad Sadıqov: “Həkimlər oynamağıma icazə vermirlər”

ÖLKƏ FUTBOLU 25 Avqust 2009 / 13:26 2471
-  A +

“Hazırda müalicəm davam edir. Allaha şükür ki, vəziyyətim getdikcə yaxşılaşır. Artıq dünəndən etibarən yüngül məşqlərə başlamışam. Lakin topla çalışmıram. Yalnız qaçıram. 10 gün belə çalışacağam“. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri milli komandamızın kapitanı, “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov deyib. Təcrübəli futbolçu bildirib ki, “Tvente”yə qarşı keçiriləcək cavab matçında oynamağı çox istəsə də, həkimlər buna icazə vermirlər: “Təəssüf ki, ilk matçda “Qarabağ”a kömək edə bilmədim. Çox istərdim ki, cavab oyununda meydana çıxım. Komandamın uğurunda pay sahibi olmaq istəyirəm. Amma oynamağım demək olar ki, mümkün deyil. Çünki həkimlər buna icazə vermirlər. Meydana çıxacağım halda, zədəm daha da ciddiləşə bilər”.








Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı